Neymar “İnter Mayami”yə keçə bilər

Braziliya təmsilçisi "Santos" ilə müqaviləsi bu ilin sonunda başa çatacaq olan Neymarın gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. 

Sportline.az xəbər verir ki, 33 yaşlı ulduz futbolçunun karyerasını ABŞ təmsilçisi "İnter Mayami"də davam etdirməsi ehtimal olunur.

"Daily Mail"in məlumatına görə, "İnter Mayami" Neymarın transferi üçün artıq danışıqlara start verib. Müqaviləsinin sonuna yaxınlaşan Neymar istədiyi klublarla rəsmi təmaslar qura bilər.