Neymar İtaliya nəhənginə keçə bilər

Qış transfer pəncərəsində adından çox danışılacaq futbolçulardan biri Neymar ola bilər.

Sportline.az xəbər verir ki, braziliyalı ulduzun “Santos”la müqaviləsi dekabrda başa çatır və buna görə də o, yanvarda yeni klub axtaracaq — əgər Braziliyada qalmağa qərar verməsə.

Neymarla maraqlanan klublardan biri “İnter”dir.

İnsayder Fabritsio Romanonun məlumatına görə, futbolçunun nümayəndələri onu artıq ötən yay “Neradzurrilər”ə təklif etmişdilər.

Həmin vaxt klub rəhbərliyi həmin mövqe üçün yalnız Ademola Lukmana diqqət yetirmişdi.