Neymar Messini utandırıb

“Barselona” nın forvardı Messi komanda yoldaşı Neymarla bağlı maraqlı fikirlər səsləndirib. SportLine.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı ulduz Neymarın uşaq kimi təmiz qəlbli olduğunu bildirib: “ Neymar daim mənim fanatım olduğunu deyir. Bu isə, məni bir qədər utandırır. Çünki, bu etirafı açıq şəkildə edir. Səmimiyyətinə isə, heç bir şübhə ola bilməz”. Xatırladaq ki Neymar 2013-cü ildən Messi ilə birgə “Barselona”nın uğurları üçün çalışır.