Neymar: “Qızıl top mükafatında Vinisiusu dəstəkləyəcəm”

“Əl-Hilal”ın brazilyalı ulduz futbolçusu Neymar “Qızıl top” mükafatında həmyerlisi Vinisiusa səs verəcəyini açıqlayıb.

Sportline.az xəbər verir ki, Neymar jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;

“Qızıl top” mükafatında sevgili dostum Vinisiusu dəstəkləyəcəm. Ona səsimi verəcəm. Çünki buna hamıdan çox laiqdir. O Brazilya futbolunun gələcəyi həmdə fəxridir”, - deyə Neymar bildirib.

Qeyd edək ki, “Qızıl top” mükafatının qalibi 28 oktyabrda bəlli olacaq.