Neymar: “Qızıl top” Vinisiusun haqqıdır”
Brazilya millisinin və “Əl Hilal”ın ulduz futbolçusu Neymar “Qızıl top” mükafatı haqqında danışıb.
Sportline.az xəbər verir ki, jurnalistlərə müsahibə verərkən milli komandadan yoldaşı Vinisiusun bu mükafatı qazanmağa ən ideal namizəd olduğunu vurğulayıb.
“Mən Vinisiusu sevirəm. O mənim ən yaxın dostlarımdan biridir. O mükəmməl futbolçudur. Hal hazırda dünyanın ən yaxşıdır. O ötən mövsümü mükəmməl keçirdi. Bütün titulları qazandı. Finallarda qollar vurdu. “Qızıl top” onun haqqıdır. Bu mükafatda ona səs verəcəm. Mən fikirləşirəm ki, ondan yaxşısı yoxdur. Vini buna laiqdir. O döyüşçü ruhlu bir insandır. O bütün tənqidləri üstələyib və indi o, kumirdir, hamımızın qəhrəmanıdır”, - deyə Neymar bildirib.
Qeyd edək ki, “Qızıl top” mükafatının sahibi 28 oktyabr bəlli olacaq.