Niklas Bendtner həbs olunub
Danimarkalı futbolçu Niklas Bendtner həbs olunub. SportLine.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçu taksi sürücüsünü vurduğu üçün 50 gün müddətinə azadlıqdan məhrum edilib.
O həmçinin zərərçəkmişə 1000 funt sterlinq təzminat ödəməli olacaq. Oyunçunun vəkili məhkəmənin qərarı ilə bağlı apellyasiya şikayəti verib.
Qeyd edək ki, Niklas Bentdner karyerası ərzində İngiltərənin "Arsenal" və İtaliyanın "Yuventus" klublarının da şərəfini qoruyub.