Niko Paz "Real"a qayıdır

“Real Madrid” İtaliyanın “Komo” klubuna göndərdiyi Niko Pazı qaytarmaq istəyir.

Sportline.az xəbər verir ki, klublar arasındakı razılığa əsasən “Real”ın 6 milyon avroya satdığı futbolçunu 10 milyon avroya geri almaq imkanı var.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Bildirilir ki, “Real” bu addımı atacağı təqdirdə, Arda Güler transferdən təsirlənə bilər.

Məlumata görə, hər iki futbolçu eyni mövqedə oynayır.