Niko Uilyams "Liverpul" yolunda
"Liverpul" ispaniyalı futbolçu Niko Uilyamsı heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
23 yaşlı sol cinah vingerinin sərbəst qalma məbləği 95 milyon avrodur.
Qeyd edək ki, N.Uilyams cari mövsüm meydana çıxdığı 26 matçda 4 qol, 6 asistlə yadda qalıb.