“Nitsa” – “Roma”: Heyətlərdəki son durum
UEFA Avropa Liqasının Liqa mərhələsində yeni mövsümə bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, “Nitsa” “Allianz Riviera”da “Roma” ilə üz-üzə gələcək.
Fransa klubunda Dante, Mohamed Abdelmomem, Youssof Endayişime, Ali Abdi və Tanqay Endombele zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
“Roma”da isə Edoardo Bov, Vesley, Paulo Dibala, Leon Beyli zədə, Yan Ziolkovski cəzaya görə matçı buraxmalı olacaq.
Qeyd edək ki, “Nitsa” – “Roma” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Görüşün ədalət təmsilçisi ispaniyalı Xuan Martinez Munuera olacaq.