Nkunku yanvar ayında "Çelsi"dən ayrılacaq
"Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku yanvar ayında klubdan ayrılacaq.
Sportline.az insayder Qrayme Beylinin məlumatına istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Nkunkunu satmaq qərarına gəlib.
Nkunkun hazır ki dəyəri "Transfermarkt" portalına görə 50 milyon avrodur.
PSJ 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Nkunkunun "Çelsi" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
O cari mövsüm çıxış etdiyi 25 matçda 12 qol 4 asistlə yadda qalıb.