"Nottingem" 22 yaşlı futbolçunun xidmətində maraqlıdır
PSV-nin belçikalı sağ cinah vingeri Yohan Bakayoko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "Nottingem Forest" 22 yaşlı futbolçu üçün Niderland klubuna rəsmi təklif göndərib.
Bakayoko üçün PSV rəhbərliyi 30 milyon avro tələb edir.
Qeyd edək ki, futbolçunun meneceri hazırda İngiltərədədir.