"Nottingem" "Mançester Yunayted"dən 45 milyon avro tələb edir

"Mançester Yunayted" "Nottingem"in futbolçusu İbrahim Sanqareni heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

"Nottingem" 28 yaşlı yarımmüdafiəçi üçün 45 milyon avro tələb edir.

Qeyd edək ki, İ.Sanqare bu mövsüm meydana çıxdığı 32 matçda 2 qol, 3 asistlə yadda qalıb.