"Nou Kamp"da əlbəyaxa dava

"Nou Kamp"ın yenidən qurulmasında iştirak edən işçilər arasında dava düşüb.

Sportline.az xəbər verir ki, rumıniyalı və albaniyalı fəhlələr arasında yaşanan mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Bu haqda COPE məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, onlardan bəziləri yüngül xəsarət alıb.

Qeyd edək ki, bu, tikintidə çalışanlar arasında ilk insident deyil.

Mayın 23-də də "Nou Kamp"da buna oxşar hadisə baş vermişdi.