Novak Cokoviç təəccübləndirdi

İspaniyanın Malaqa şəhərində tennis üzrə Devis kuboku turniri davam edir.

Sportline.az xəbər verir ki, bu gün nüfuzlu yarışın yarımfinal seriyasının oyunları keçirilib.

Maraqlı qarşılaşmalardan birində dünya tennisinin lideri Novak Cokoviçlə italiyalı Yannik Sinneru münasibətləri aydınlaşdırıb.

Korta favorit qismində çıxan serbiyalı tennisçi mülahizələri alt-üst edib.

2 saat 35 dəqiqə davam edən görüş Cokoviçin məğlubiyyəti ilə nəticələnib - 2:6, 6:2, 5:7.

Bu matçın nəticəsi Serbiya - İtaliya duelində ümumi hesabı bərabərləşdirib.

Digər yarımfinal qarşılaşmasında isə Avstraliya Finlandiyanı mübarizədən kənarlaşdırıb.