Noyer getsə, o gələcək

“Bavariya" almaniyalı kiperi Manuel Noyerlə yollarını ayıra bilər.

Sportline.az xəbər verir ki, 39 yaşlı qapıçısı Manuel Noyerin yerinə yeni namizəd axtarır.

İngiltərə mənbələrinin məlumatına görə, klubun əsas hədəfi “Milan”ın qapıçısı Mayk Menyandır.

Fransalı qolkiperin “Milan”la müqaviləsi 2026-cı ilin iyununda başa çatır, yəni gələn ildən etibarən o, sərbəst agent statusuna sahib ola bilər.