Nuri Şahin “Beşiktaş”ın ulduz futbolçusunu transfer etmək istəyir

“Borussiya Dortmund”un baş məşqçisi Nuri Şahin “Beşiktaş”ın portuqaliya futbolçusu Gedson Fernadeşi öz komandasında görmək istəyir.

Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, “Dortmund” Gedson Fernadeş üçün “Beşiktaş”a 20 milyon avro təklif etməyi planlaşdırır.

“Beşiktaş” rəhbərliyi isə Gedson üçün ən azı 30 milyon avro tələb edib.

Qeyd edək ki, Gedson Fernadeş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 6 qol və 1 asistlə yadda qalıb.