Nuri Şahin Türkiyə millisi ilə vidalaşdı
Dortmund "Borussiya"sının üzvü Nuri Şahin milli karyerasını bitirib. SportLine.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, sosial şəbəkə hesabında paylaşdığı yazıda Türkiyə millisi ilə vidalaşmağın vaxtının çatdığını deyib.
Qeyd edək ki, futbolçu Türkiyə millisinin müxtəlif yaş qruplarından 100-dən çox oyuna çıxıb. Yarımmüdafiəçinin hazırda 29 yaşı var.