"Nyukasl" "Bornmut"un futbolçusuna göz qoydu

"Nyukasl Yunayted" "Bornmut"un futbolçusu Markus Tavarnieri heyətinə qatmaqda israrlıdır.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 25 milyon avrodur.

Qeyd edək ki, M.Tavarnier cari mövsüm meydana çıxdığı 26 matçda 6 qol, 4 asistlə yadda qalıb.