"Nyukasl" gözünü fransız forvarda dikdi

Ötən mövsümü "Yuventus"da icarə əsasında keçirən fransalı futbolçusu Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted" 26 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir.

Kolo Muani müqavilə əsasında Fransanın "Paris Sen-Jermen" klubuna məxsusdur. 

Qeyd edək ki, PSJ futbolçusu üçün 40 milyon avro istəyir. 

Oyunçunun meneceri hazırda İngiltərədədir.