"Nyukasl" ispaniyalı müdafiəçini transfer etmək istəyir
"Nyukasl Yunayted" klubu yanvar ayında heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona"nın ispaniyalı müdafiəçisi Erik Qarsiya yanvar ayında "Nyukasl"a transfer ola bilər.
Kataloniya klubu bu keçid üçün "Nyukasl"a 20 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, E.Qarsiyanın "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.