"Nyukasl" Livramentonu satmayacaq

"Nyukasl" ingiltərəli sağ cinah müdafiəçisi Tino Livramentonu satmaq niyyətində deyil.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu 23 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq niyyətindədir.

T.Livramento bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 1 asistlə yadda qalıb.

Qeyd edək ki, sözügedən oyunçunun dəyəri 40 milyon avrodur.