"Nyukasl" "Mançester Yunayted"dən 100 milyon avro tələb edir

"Mançester Yunayted" "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmaq niyyətindədir.

Sportline.az "The İ Paper" nəşrinə istinadən xəbər verir ki, "sağsağanlar" 25 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir.

İtaliya millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 47 matçda 3 qol, 7 asistlə yadda qalıb.

Qeyd edək ki, S.Tonalinin "Nyukasl"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.