"Nyukasl" "Nottingem"ə elçi düşdü

"Nyukasl Yunayted" "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu heyətinə qatmaq üçün hərəkətə keçib. 

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

23 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avrodur.

Qeyd edək ki, E.Anderson cari mövsüm meydana çıxdığı 39 matçda 2 qol, 3 asistlə yadda qalıb.