"Nyukasl" qərar verdi

"Nyukasl Yunayted" Tino Livramento ilə bağlı qərar verdi.

Sportline.az xəbər verir ki, rəhbərlik ingiltərəli sağ cinah müdafiəçisini satmaq niyyətində deyil.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, T.Livramentonun klubla sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.