"Nyukasl" Sandro Tonalinin transfer qiymətini açıqlayıb

"Nyukasl Yunayted" italiyalı futbolçusu Sandro Tonalinin transfer qiymətini açıqlayıb. 

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Tonali üçün 80 milyon avro tələb edir. 

"Barselona", "Bavariya", "Yuventus", "Mançester Siti", "Paris Sen-Jermen" və "Real Madrid" 24 yaşlı futbolçunu transfer etmək istəyən klubların siyahısında yer alır.

Qeyd edək ki, Sandro Tonali bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.