"Nyukasl" Tonalini heyətdə saxlamaq istəyir

"Nyukasl" italiyalı yarımmüdafiəçisi Sandro Tonalini heyətdə saxlamaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Talk Sport" nəşri məlumat yayıb.

25 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avrodur.

Qeyd edək ki, "Mançester Yunayted" Tonali ilə yaxından maraqlanır.