"Nyukasl" və "Brentford" transfer yarışına girib

"Renn"in fransalı futbolçusu Arnaud Kalimuendo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted" və "Brentford" 23 yaşlı forvardı transfer etmək istəyir.

Arnaudun transfer qiyməti 30 milyon avrodur.

Qeyd edək ki, futbolçunun meneceri hər iki klubla təmas halındadır.