“Nyukasl Yunayted” fransalı forvardla maraqlanır
Ötən mövsümün ikinci yarısını "Yuventus"da icarə əsasında keçirən fransalı hücumçu Randal Kolo Muani karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Nyukasl Yunayted" 26 yaşlı futbolçuya elçi düşüb.
İngiltərə klubu bu keçid üçün qarşı tərəfə 35 milyon avro təklif edib.
Lakin PSJ bu təklifə cavab verməyib.
Qeyd edək ki, Kolo Muaninin "Paris Sen-Jermen"lə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.