"Nyukasl Yunayted" Sterlinqin xidmətində maraqlıdır

"Çelsi"nin ingiltərəli futbolçusu Rahim Sterlinq qışda "Nyukasl Yunayted"ə keçə bilər.

Sportline.az xəbər verir ki, 31 yaşlı oyunçu cari mövsüm meydana çıxmayıb.

"Fichajes" nəşrinin yaydığı məlumata görə, Sterlinqin transfer qiyməti 20 milyon avrodur.

Qeyd edək ki, R.Sterlinq ötən mövsümü "Arsenal"da icarə əsasında keçirib.