"Nyukasl"dan "Arsenal"a transfer ola bilər
"Nyukasl Yunayted"in brazilyalı futbolçusu Bruno Gimarayeş mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az jurnalist Aleks Krokun məlumatına istinadən xəbər verir ki, "Arsenal" Bruno üçün "Nyukasl"a 80 milyon avro ödəməyə hazırdır.
27 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 3 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Bruno Gimarayeşin "Nyukasl Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.