“Nyukasl”dan “Brentford”a təklif var

"Nyukasl Yunayted" 28 yaşlı futbolçu Yoane Vissanı transfer etməyə çalışacaq.

Sportline.az xəbər verir ki, bu haqda "Times Sport" nəşri məlumat yayıb.

"Brentford" klubu Vissa üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, sözü gedən futbolçunun klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.