“Nyukasl”dan Endrik həmləsi
"Nyukasl Yunayted" "Real Madrid"in brazilyalı futbolçusu Endriki heyətinə qatmağa çalışır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu yanvar ayında 19 yaşlı oyunçunu icarə əsasında transfer etmək istəyir.
Endrikin meneceri "Nyukasl"ın rəhbərliyi ilə təmas halındadır.
Qeyd edək ki, sözü gedən futbolçu bu mövsüm zədə səbəbindən meydana çıxa bilməyib.