"Nyukasl"ın gözü "Çelsi"nin oyunçusuna düşüb
"Nyukasl Yunayted" heyətinə daha bir forvard transfer etməyi düşünür.
Sportline.az jurnalist Qreymi Beylinin məlumatına istinadən xəbər verir ki, "Çelsi"nin seneqallı hücumçusu Nikolas Ceksonu transfer etməyi planlaşdırır.
24 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avrodur.
Qeyd edək ki, N.Cekson ötən mövsüm meydana çıxdığı 37 matçda 13 qol 6 asistlə yadda qalıb.