"Nyukasl"ın gözü o futbolçunun üzərindədir
"Nyukasl Yunayted" "Reims"in futbolçusu Patrik Zabini heyətinə qatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "The İ Paper" nəşri məlumat yayıb.
Fransa Liqa 2 təmsilçisi 19 yaşlı yarımmüdafiəçi üçün ən azı 7 milyon avro tələb edir.
Qeyd edək ki, P.Zabi cari mövsüm meydana çıxdığı 21 matçda 2 qol, 3 asistlə yadda qalıb.