"Nyukasl"ın Remzi planı
"Nyukasl Yunayted" "Aston Villa"nın ingiltərəli futbolçusu Ceykob Remzini heyətinə qatmağı planlaşdırır.
Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, "Nyukasl" 24 yaşlı yarımmüdafiəçi üçün 40 milyon avro ödəməyə hazırdır.
Remzinin Birmingem klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, "Aston Villa"nın baş məşqçisi Unayi Emeri futbolçunun klubdan ayrılmasının eleyhinədir.