"Nyukasl"ın sabiq oyunçusu "Lans"da
"Nyukasl Yunayted"in sabiq futbolçusu Allen Sen-Maksimen karyerasını Fransa Liqa 1-də davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Lans" 28 yaşlı sol cinah vingerini heyətinə qatmağa yaxındır.
Bu haqda "Le Parisien" nəşri məlumat yayıb.
Qeyd edək ki, A.Sen-Maksimen cari mövsüm meydana çıxdığı 15 matçda 3 qol, 2 asistlə yadda qalıb.