“Nyukasl”ın yeni hədəfi

“Nyukasl Yunayted” “Fiorentina”nın italiyalı futbolçusu Moyze Kini transfer etmək istəyir.

Sportline.az “Give Me Sport”a istinadən xəbər verir ki, “Nyukasl” bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.

Moyze Kinin “Fiorentina” ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 31 matçda 19 qol və 2 asistlə yadda qalıb.