Oktyabra qədər yaşıl meydanlara həsrət qalacaq

“Mançester Yunayted”in futbolçusu Markus Reşford əməliyyat olunacaq.

Sportline.az BBC-yə istinadən xəbər verir ki, 23 yaşlı hücumçunun avqustun əvvəllərində çiynindən əməliyyat ediləcəyi gözlənilir. İngilis futbolçu 12-13 həftə yaşıl meydanlardan uzaq qalacaq. Onun təxminən oktayb ayında sıraya dönəcəyi ehtimal olunur.

Xatırladaq ki, Reşford İngiltərə yığması ilə Avro-2020-nin gümüş mükafatçısı olub.