"Old Trafford"un yeni görünüşü belə olacaq

"Mançester Yunayted"in stadionu "Old Trafford" yenidən inşa ediləcək.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi "İnstagram" hesabı paylaşım edib.

Yeni arenanın 100 min azarkeş tutumuna malik olacağı da müəyyənləşib.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 34 xalla 14-cü pillədə qərarlaşıb.