Olimpiadada Azərbaycanı təmsil edəcək

Qılıncoynadan Anna Başta Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXll Yay Olimpiya Oyunlarında Azərbaycan millisini təmsil edə biləcək.

Sportline.az xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsi Mark Adams açıqlayıb.

Onun sözlərinə görə, idmançının transferi təşkilat tərəfindən təsdiqlənib.

Qeyd edək ki, A. Başta 2019-cu ildən bəri Azərbaycanı təmsil edir.

24 yaşlı idmançı TOKİO-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Sablyaçımız bu uğura İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub.