Olimpiadaya lisenziya turnirləri barədə son xəbər

Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bütün turnirlər 2021-ci il iyunun 29-dək başa çatmalıdır.

Sportline.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsindən Milli Olimpiya Komitələrinə göndərilən məktubda bildirilir.

Həmçinin hər bir ölkə öz iştirak ərizəsini iyulun 5-dək Beynəlxalq Olimpiya Komitəsinə təqdim etməlidir. Yarışların tarixi və yeri barədə tam məlumat vermək üçün hələ tez olduğu vurğulanıb. Belə bir bildiriş koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərin aradan götürülməsindən sonra dərc olunacaq.

Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçiriləcək. İndiyədək lisenziya qazanan bütün idmançılar 4 illiyin zirvə yarışında iştirak hüququnu özlərində saxlayacaqlar.