Olimpiya çempionumuz məşqlərə başlayıb

Sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov məşqlərə başlayıb.

Sportline.az xəbər verir ki, bu barədə, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev məlumat verib. 

Onun sözlərinə görə, Əsgərov şəxsi məşqçisi Elçin Zeynalovun rəhbərliyi altında Gəncədə fərdi qaydada çalışır.

O, titullu pəhləvanın Qazaxıstanın paytaxtı Nur - Sultanda  keçiriləcək dünya çempionatınadək kollektiv məşqlərə qoşulacağını əlavə edib.