Olimpiya festivalı: Həndbol turnirində finalçılar məlumdur

XV Avropa Gənclər Yay Olimpiya Festivalının həndbol turnirində finalçılar və 5-8-ci yerlər uğrunda görüşəcək komandalar müəyyənləşib.

Sportline.az xəbər verir ki,qızların yarımfinal görüşlərində Hollandiya və Fransa komandaları qələbə qazanıblar.

Hollandiya - İsveçrə 23:19

Fransa  - Macarıstan 26:24

5-8-ci yerlər uğrunda qarşılaşmalar isə, Rumıniya və İspaniya millilərinin xeyrinə nəticələnib.

Rumıniya – Azərbaycan 35:22

İspaniya - Çexiya 21:20

Oğlanların yarımfinal qarşılaşmalarında Xorvatiya və Almaniya həndbolçuları etimadı doğruldublar.

Xorvatiya - Danimarka 42:39

Almaniya - Fransa 30:25

5-8-ci yerlər uğrunda görüşlərdə isə, Sloveniya və İslandiya komandalarının imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar.

Sloveniya - Serbiya 24:22

İslandiya - Azərbaycan 48:11

Bu nəticələrə əsasən, iyulun 27-də qızların turnirində, Hollandiya və Fransa baş mükafatın sahibini müəyyənləşdirəcək. Üçüncü yer uğrunda görüşdə İsveçrə və Macarıstan üz-üzə gələcək.

Rumıniya və İspaniya 5-6-cı yerlər, Azərbaycan və Çexiya  7-8-ci yerlər uğrunda oyuna çıxacaq.

Oğlanların mübarizəsində Xorvatiya və Almaniya komandaları finalda qarşılaşacaqlar. Bürünc medalların sahibi Danimarka  - Fransa görüşündə məlum olacaq. Sloveniya və İslandiya 5-6-cı, Serbiya və Azərbaycan komandaları isə 7-8-ci yerlər uğrunda görüşdə üz-üzə gələcəklər.