Olimpiya Stadionunda "Sumqayıt"- "Səbail" dueli

“Sumqayıt” 2017/2018 mövsümü üçün hazırlığını davam etdirir.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hazırlıq prosesinin birinci mərhələsi çərçivəsində komanda növbəti yoxlama oyununu "Səbail"ə qarşı keçirəcək.

Matç iyulun 8-i saat 18:00-da başlayacaq. Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında ilk yoxlama oyunu 2:2 hesabı ilə başa çatıb.

Banner