Olmo “Barselona”dan ayrıla bilər

“Barselona”nın ispaniyalı futbolçusu Dani Olmo yanvar ayında klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Mundo Deportivo” qəzetinə istinadən xəbər verir ki, “Barselona” dekabr ayının 31-ə qədər Olmonun vizasını çıxarda bilməsə, 26 yaşlı futbolçu azad agent kimi klubdan ayrılacaq.

Olmo bu yay “Leipziq”dən 55 milyon avro qarşılığında “Barselona”ya transfer olunub.

Qeyd edək ki, D.Olmo bu mövsüm çıxış etdiyi 12 matçda 6 qol vurub.