Onana “Mançester Yunayted”dən ayrılmayacaq

"Mançester Yunayted"in kamerunlu qapıçısı Andre Onana klubu tərk etməyəcəyini açıqlayıb.

Sportline.az jurnalist Lauri Vitvellin məlumatına istinadən xəbər verir ki, 29 yaşlı kiper İngiltərədə xoşbəxt olduğunu söyləyib.

Onananın "Mançester Yunayted"lə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, A.Onana karyerası ərzində daha əvvəl "Barselona", "Kornella", "Ayaks" və "İnter" kimi klublarda çıxış edib.