Osayi Samuel “Fənərbağça”dan ayrılmaq istəyir

“Fənərbağça”nın nigeryalı futbolçusu Brayt Osayi Samuel rəhbərliyin təklif etdiyi yeni müqaviləni rədd edib.

Sportline.az “sözcü” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” rəhbərliyi 26 yaşlı futbolçuya 4 illik yeni müqavilə təklif edib. Lakin nigeryalı futbolçu bu təklifi qəbul etməyib.

Osayi Samuelin yanvarda satılacağı gözlənilir.

Qeyd edək ki, Osayi Samuelin transfer dəyəri 20 milyon avro olaraq təyin edilib.

Banner