Osimhen İngiltərə nəhənginə keçə bilər
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçusu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az jurnalist Qreymi Beylinin məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" mövsümün sonunda Osimheni heyətinə qatacaq.
26 yaşlı forvard müqavilə əsasında İtaliyanın "Napoli" klubuna məxsusudur.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 30 matçda 26 qol və 5 asistlə yadda qalıb.