Osimhen İngiltərədə çıxış edə bilər

“Qalatasaray”da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az jurnalist Rob Dovsonun məlumatına istinadən xəbər verir ki, “Mançester Yunayted” Osimhen üçün “Napoli” ilə danışıqlara başlayıb.

26 yaşlı forvardın transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Osimhen “Qalatasaray”ın heyətində çıxış etdiyi 32 matçda 28 qol və 5 asistlə yadda qalıb.