Osimhen İtaliya nəhənginin hədəfindədir
"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı futbolçu Viktor Osimhen karyerasını "Yuventus"da davam etdirə bilər.
Sportline.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" Osimheni transfer etmək üçün hərəkətə keçib.
26 yaşlı hücumçu müqavilə əsasında "Napoli" klubuna məxsusdur.
Qeyd edək ki, Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində çıxış etdiyi 30 matçda 26 qol və 5 asistlə yadda qalıb.